Latviyanın ədliyyə naziri Azərbaycana rəsmi səfərə gələcək

Latviyanın ədliyyə naziri Azərbaycana rəsmi səfərə gələcək D.Rasnaçs azərbaycanlı həmkarı ilə görüşəcək və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edəcək
Xarici siyasət
17 Oktyabr , 2017 19:12
Latviyanın ədliyyə naziri Azərbaycana rəsmi səfərə gələcək

Bakı. 17 oktyabr. REPORT.AZ/ Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs (Dzintars Rasnačs) Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə "Report"a diplomatik mənbələrdən bildiriblər.

Məlumatda latviyalı nazirin Bakıya bu gecə gələcəyi deyilir. Səfər çərçivəsində D.Rasnaçs azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşəcək və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Bundan əlavə, latviyalı nazir Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi