Küveytdə 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib

Küveytdə 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib Mərasim iştirakçılarına 20 Yanvar faciəsinin tarixi barədə geniş məlumat verilib
Xarici siyasət
19 Yanvar , 2017 22:06
Küveytdə 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Küveytdəki səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, tədbirdə bu ölkədə yaşayan və işləyən, təhsil alan Azərbaycan vətəndaşları, Türkiyə və digər ölkələrin diaspor təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə müvəqqəti işlər vəkili Cavid Musayev çıxış edib. O, mərasim iştirakçılarına 20 Yanvar faciəsinin tarixi barədə geniş məlumat verib.

Tədbirdə 20 Yanvar, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bununla yanaşı, səfirliyin foyesində 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgi təşkil olunub, sərgi zamanı faciə haqqında film və kitablar nümayiş etdirilib.

Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış "20 Yanvar" fotoalbomu və faciəni əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində CD variantı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın faciənin 27-ci ildönümü ilə əlaqədar bəyanatı Küveytin dövlət, hökumət qurumlarına, Parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib.

Küveytin “Əl-Nahar” və “Əl-Cəridə” qəzetlərində səfirliyin faciə ilə əlaqədar məqalələr dərc olunub.

Son xəbərlər

Orphus sistemi