"Korsikalıları öz ana dilində danışmaqdan məhrum etmək hazırda Fransada həyata keçirilən siyasətin tərkib hissəsidir" - RƏY

"Korsikalıları öz ana dilində danışmaqdan məhrum etmək hazırda Fransada həyata keçirilən siyasətin tərkib hissəsidir" - RƏY “Korsikalıları öz ana dilində danışmaqdan məhrum etmək hazırda Fransada həyata keçirilən siyasətin tərkib hissəsidir”.
Xarici siyasət
13 Mart , 2023 13:28
Korsikalıları öz ana dilində danışmaqdan məhrum etmək hazırda Fransada həyata keçirilən siyasətin tərkib hissəsidir - RƏY

"Korsikalıları öz ana dilində danışmaqdan məhrum etmək hazırda Fransada həyata keçirilən siyasətin tərkib hissəsidir".

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Fransada çox təhlükəli proseslər gedir:

"Milli azlıqların elementar etnik hüquqları pozulur. Hər zaman azadlıqları öz milli dəyəri kimi bəyan edən Fransa bu gün olduqca təhlükəli proseslərin liderinə çevrilib. Bununla yanaşı yenidən müstəmləkələrdə etnik xalqların hüquqlarını pozmaq, onların azadlıqlarının pozulmasının nümunəsi kimi Kaledoniyanı misal göstərə bilərik".

Deputat bildirib ki, Korsikadakı zindanlarda bu xalqın liderlərinə qarşı təhlükəli oyunlar oynamaq Fransanın Avropa Birliyinə üzv ölkələr arasında insan haqlarını pozan ən kobud ölkəyə çevrilməsinə gətirib çıxarıb:

"XXl əsrdə XIX əsrin imperiya təfəkkürü ilə siyasət həyata keçirmək mümkün deyil. Bu gün xalqlar öz hüquqlarını qorumağa, öz müqəddəratını təyin etməyə qadirdirlər. Bu baxımdan Fransanın bu kimi qeyri-adekvat davranışları çox təhlükəli proseslərə təkan verə bilər. Hər bir xalqın öz mədəniyyətini, öz dilini inkişaf etdirmək hüququ var".

Milli Məclisin üzvü bildirib ki, bu gün Fransa öz siyasəti ilə bilavasitə multikultralizmə zidd addımlar atır və imperiya təfəkkürünü yeritməyə çalışır, eyni zamanda yeni bölgələrə müdaxilə etməyə çalışır:

"Fransanın Ermənistana gəliş istəyi də Rusiyanın zəifləməsi fonunda onu əvəzləmək məqsədindən irəli gəlir. Bununla da Ermənistanı yeni bir müstəmləkəyə çevirmək istəyir".

Son xəbərlər

Orphus sistemi