Koreyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Koreyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Xarici siyasət
2449
2 Noyabr , 2018 15:54
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kim Çanq Gyunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə "Report"a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Tərəflər görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluqla danışıb və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə vurğulayıb və bu xüsusda öz təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov səfir Kim Çanq Gyuya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.