Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza aradan qaldırılıb - YENİLƏNİB

Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza aradan qaldırılıb - YENİLƏNİB Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qambiyalı həmkarı ilə görüşüb.
Xarici siyasət
4 May , 2024 23:05
Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza aradan qaldırılıb - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan XİN-dən bildirilib.

Görüş zamanı iki ölkə arasında diplomatik pasport sahibləri üçün viza tələbinin aradan qaldırılması barəsə saziş nazirlər tərəfindən imzalanıb.

Həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.

23:03

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya səfəri çərçivəsində bu ölkədən olan həmkarı ilə görüşüb.

“Report” xəbər verir ki, nazir bu barədə “X”dəki hesabında yazıb.

"Qambiyaya səfərim çərçivəsində həmkarım Mamadu Tanqara ilə dərin məzmunlu görüş keçirdim. Biz ikitərəfli əməkdaşlığımız, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İƏT kimi çoxtərəfli platformalarda Azərbaycan və Qambiya arasında qarşılıqlı dəstək haqqında geniş danışdıq", - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi