Kiyev Milli Universitetinin rektoru: Heydər Əliyev siyasi kursundan götürəcəyimiz vacib örnəklər var

Kiyev Milli Universitetinin rektoru: Heydər Əliyev siyasi kursundan götürəcəyimiz vacib örnəklər var Heydər Əliyev 20-ci əsrdə indiki müstəqil və müasir bir dövlətin təməlini qoyub. Onun siyasi kursundan götürəcəyimiz vacib örnəklər var.
Xarici siyasət
12 Dekabr , 2024 13:21
Kiyev Milli Universitetinin rektoru: Heydər Əliyev siyasi kursundan götürəcəyimiz vacib örnəklər var
Taras Şevçenko

Heydər Əliyev 20-ci əsrdə indiki müstəqil və müasir bir dövlətin təməlini qoyub. Onun siyasi kursundan götürəcəyimiz vacib örnəklər var.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru professor Volodimir Buqrov bildirib.

O qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev dünya siyasətində örnək bir şəxsiyyətdir.

"O, həm Ukrayna, həm də Azərbaycanın sovet imperiyasının dağılmasından sonra müstəqillik əldə etməsi yolunda bir məktəbdir. Onun siyasi yolu həm Azərbaycan, həm də Ukraynanın əziyyət çəkdiyi sovet dövründə ağır sənayeləşmə, kollektivləşmədən müstəqil iqtisadiyyata və milli sənayeyə keçidin kursudur", - deyə rektor vurğulayıb.

V.Buqrovun sözlərinə görə, Heydər Əliyevin 20-ci əsrdə bu kursun əsasını qoyması hər iki ölkənin iqtisadiyyatı üçün bir təkan oldu:

"Heydər Əliyev bu kursu ilə müstəqil Azərbaycan üçün çox işlər görüb. Yaxşı xatırlayıram, sovet dövründə Ukraynada xeyli azərbaycanlı təhsil alırdı. Onlar burada müxtəlif strateji institutlara daxil olmuşdular. Həmin tələbələrin bir qismi sonradan Ukrayna və digər ölkələrdə azərbaycanlı mütəxəssislər kimi ciddi fiqurlara çevrildilər. Daha sonra burada diasporun əsasını qoydular. Bütün bunlar daha öncə sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyev tərəfindən hələ o vaxt öz xalqı üçün gələcək milli strategiyanın əsasının qoyulması demək idi".

Professor əlavə edib ki, Heydər Əliyev peşəkar siyasətçi, liderlik bacarığı ilə ona Uiniston Çörçili xatırladır.

"Heydər Əliyev xalqının milli mənafeyinin nə dərəcədə vacib olduğunu dünyaya çatdırdı. Bu, əslində, unikal siyasi dəyərdir və digər ölkələr bundan nümunə götürməlidirlər. Siyasətçinin, dövlət xadiminin ağlı, liderin düşüncələri nəinki bizim bağlı olduğumuz 20-21-ci əsrdə lazımdır, bunlar həm də tarixi qeydlərdir. Xüsusən də bugünkü hadisələr fonunda çox lazımdır. Bu qeydlər bizə ölkə müstəqilliyinin necə qorunub saxlanılmasını öyrədir. Bu, bizim Heydər Əliyevdən götürə biləcəyimiz ən vacib örnək olardı", - deyə V.Buqrov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi