UNESCO ikili standartlara əl atır, vəzifələrini icra etməkdən boyun qaçırır.
"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyətin Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmaları ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir" adlı konfransda deyib.
Onun sözlərinə görə, Qarabağda Azərbaycan xalqına məxsus qeyri-maddi və mədəni irs 30 il ərzində talan edilib:
"Azərbaycan bununla bağlı UNESCO-ya müraciət etsə də, hələ heç bir reaksiya verilməyib. Lakin Ermənistanın xarici işlər nazirinin UNESCO nümayəndəsi ilə görüşündə erməni irsinin Qarabağda qorunması məsələsi müzakirə edilib. Maraqlıdır, UNESCO 30 il Azərbaycanın mədəni irsinə qarşı talançılığa qarşı reaksiya vermir. UNESCO ikili standartlara əl ataraq vəzifələrini icra etməkdən boyun qaçırır. Azərbaycan nümunələrinin mənimsənilməsi hayların köhnə adətidir".
K.İmanov bildirib ki, Əqli Mülkiyyət Agentliyi səlahiyyətlərinə və vəzifələrinə uyğun olaraq, UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə də yerinə yetirməsini diqqət altında saxlamasını tələb edir.