İraqlı deputat: Bakıda türkman irsi ilə bağlı təşkil olunan forum Türk dünyasında birliyin göstəricisidir
- 18 mart, 2025
- 11:25
Bakıda təşkil olunan türkman irsi ilə bağlı forum Türk dünyasında birliyin göstəricisidir.
"Report" xəbər verir ki, bunu İraq parlamentinin deputatı Ərşad Salehi Bakıda keçirilən “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, Bakıda keçirilən tədbiri türk dünyasında birliyin göstəricisi kimi qiymətləndirib:
"Bu forum İraq, Suriya, həmçinin Azərbaycan türklərini bir araya gətirib. Artıq bir neçə gündür Azərbaycandayıq.
Bu sırada Şuşa və Füzuliyə səfər etdik. Qarabağa səfərimiz zamanı oranın vaxtilə böyük dağıntıya məruz qaldığını gördük. İraq türkmanları bunu 1991-ci ildə də yaşayıblar. Yəni bizim talelərimiz də ortaqdır.
İndi burada türk dünyasını bir araya gətirən bu forum Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi, Türk dünyasının həmrəylinin göstəricisidir".