Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi məktub Əfqanıstan XİN-ə təqdim olunub
Xarici siyasət
- 15 fevral, 2024
- 07:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi məktub Əfqanıstan Xarici İşlər Nazirliyinə təqdim olunub.
"Report" xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kaxar Balxi “X” hesabında yazıb.
Bildirilib ki, Azərbaycan səfiri İlham Məmmədov Kabildə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Diplomat görüş zamanı Kabildə Azərbaycan səfirliyinin açılması ilə bağlı Əfqanıstan XİN başçısına rəsmi məktubu təqdim edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamla İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Foto
Foto
Son xəbərlər
09:29
Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Region
09:26
FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda Fransa klubu ilə üz-üzə gələcək
Komanda
09:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır
Futbol
09:14
"DH Volley" klubu avrokuboklarda ilk oyununu keçirəcək
Komanda
09:13
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.10.2026)
Maliyyə
09:12
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.10.2026)
Maliyyə
09:08
Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
Fərdi
09:02
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
Hadisə
09:00
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur
Media