İlham Əliyev: Şuşa şəhəri 28 il əsarət altında idi, amma öz milli ruhunu itirmədi
- 08 noyabr, 2026
- 16:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Şuşa şəhəri 28 il əsarət altında idi, amma öz milli ruhunu itirmədi.
"Report"un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
Dövlət başçısının sözlərinə görə, düz 6 il bundan əvvəl Şuşa erməni işğalından azad edilib:
"Zəfər günündə bizimlə bərabər olmağınız bizi sevindirir. 6 il bundan əvvəl Şuşa erməni işğalından azad edilib. Bir gün sonra Ermənistan rəsmən təslim olub və bununla da 30 illik işğal başa çatdı".
Prezident qeyd edib ki, Şuşanın azad olunması həm böyük rəmzi məna daşıyırdı, həm də ikinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi.
"44 gün ərzində siz, əziz qardaşım, qardaş türk xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc və ruh verdi. Tarixi sözləriniz - "Azərbaycan tək deyil. Türkiyə onun yanındadır". Heç vaxt unudulmayacaq".