İlham Əliyev Davosda "Vestas Wind Systems" şirkətinin rəsmisi ilə görüşüb
Xarici siyasət
- 19 yanvar, 2026
- 20:18
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Vestas Wind Systems" şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.
"Report"un İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, söhbət zamanı bu şirkətin ölkədə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunulub, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulanıb, ölkədə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edilib.
Görüşdə Azərbaycan ilə "Vestas Wind Systems" şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Son xəbərlər
10:25
Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans keçiriləcək
Xarici siyasət10:21
Rusiyada nazir saxlanılıb
Digər ölkələr10:19
Fariz Cəfərov: "Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosistemi formalaşdırılacaq"
İKT10:17
Takaiti yenidən Yaponiyanın Baş naziri seçilib
Digər ölkələr10:15
Şiri Şiriyev: Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığın yeni səhifəsini açıb
Xarici siyasət10:13
Fariz İsmayılzadə: Mərkəzi Asiya ilə inteqrasiya Azərbaycan üçün sadəcə siyasi bəyanat deyil
Xarici siyasət10:03
"Mərkəzi Azəri" platformasından hasil edilən neftin həcmi açıqlanıb
Energetika10:02
Anar Əliyev Qobustanda vətəndaşları qəbul edəcək
Daxili siyasət10:01
Foto