İlham Əliyev Banqladeşin yeni səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Banqladeşin yeni səfirinin etimadnaməsini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.
Xarici siyasət
23 Noyabr , 2021 13:31
İlham Əliyev Banqladeşin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Qousal Azam Sarker əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji siyasətində əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin müdrik siyasətini yüksək qiymətləndirdiklərini vurğulayıb.

O qeyd etdi ki, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxşı siyasi dialoqun aparıldığını vurğulayıb və Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin 2023-cü ilədək uzadılmasında Banqladeşin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrin maraqlarının qorunması, COVID-19 ilə mübarizə, vaksinlərin ədalətli bölgüsü sahəsində fəal şəkildə böyük səylər göstərdiyini qeyd edib.

Prezident İlham Əliyev tarixi torpaqlarımızın erməni işğalından azad edilməsi məsələsində həm Qoşulmama Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın haqlı mövqeyinin Banqladeş tərəfindən dəstəkləndiyini yüksək qiymətləndirib.

Dövlətimizin başçısı Qousal Azam Sarkerin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına və iqtisadi əməkdaşlığın prioritetlərinin müəyyənləşməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarker ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini deyib.

11.11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi