İlham Əliyev: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”

İlham Əliyev: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır” “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”
Xarici siyasət
14 Dekabr , 2021 19:04
İlham Əliyev: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

Dövlət başçısı Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə Alyansın Baş katibinə minnətdarlığını bildirib:

"Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbiçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nin hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırki və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir".

Son xəbərlər

Orphus sistemi