İlham Əliyev: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq zəminində inkişaf edir

İlham Əliyev: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq zəminində inkişaf edir Prezident İlham Əliyev Azərbaycan-İtaliya əlaqələrinin həqiqətən mükəmməl xarakter daşıdığını və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirib.
Xarici siyasət
16 Fevral , 2024 20:13
İlham Əliyev: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq zəminində inkişaf edir

Prezident İlham Əliyev Azərbaycan-İtaliya əlaqələrinin həqiqətən mükəmməl xarakter daşıdığını və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirib.

"Report"un xəbərinə görə, bu sözləri dövlət başçısı fevralın 16-da Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Mariani ilə görüşü zamanı deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə “Leonardo” şirkəti arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. Dövlət başçısı qeyd edib ki, prezident seçkilərində qələbə qazanması münasibətilə İtaliya Prezidenti tərəfindən göndərilmiş təbrik məktubunda İtaliya-Azərbaycan əlaqələrinin mükəmməl səviyyədə olduğu xarakterizə edilib. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-İtaliya əlaqələrinin həqiqətən mükəmməl xarakter daşıdığını və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi