Haber Gobal: İğdır-Naxçıvan qaz kəmərinin tikintisi Muxtar Respublikanın İrandan qaz asılılığını aradan qaldıracaq

Haber Gobal: İğdır-Naxçıvan qaz kəmərinin tikintisi Muxtar Respublikanın İrandan qaz asılılığını aradan qaldıracaq İğdır-Naxçıvan qaz kəmərinin tikintisi həm də Naxçıvanın İranla təbii qaz mövzusundakı bağımlılığının qırılması deməkdir və bu Türkiyənin İrana qarşı coğrafi uğuru olacaq.
Xarici siyasət
5 mart 2025 14:49
Haber Gobal: İğdır-Naxçıvan qaz kəmərinin tikintisi Muxtar Respublikanın İrandan qaz asılılığını aradan qaldıracaq

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi həm də Naxçıvanın İranla təbii qaz mövzusunda asılılığının qırılması deməkdir və bu Türkiyənin İrana qarşı coğrafi uğuru olacaq.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın “İğdır-Naxçıvan qaz kəmərinin tikintisi” layihəsi barədə apardıqları müzakirəyə münasibət bildirilərək qeyd olunub ki, iki prezidentin hər görüşünün sonunda ciddi qərarlar alınır və tətbiq olunur:

“Hazırda türk dünyası adına addımlar atan iki lider yan-yana gəlib. Onların hər görüşündə ciddi mövzular müzakirə olunur. İlham Əliyevin Cənubi Qafqaz və Qarabağ üçün verdiyi sözlər də zamanla öz yerini tapır".

O qeyd edib ki, bu günə qədər Ermənistan İranla birgə Naxçıvanı sıxışdırmaq istəyib.

“Naxçıvan türk dünyası ilə Türkiyənin körpüsüdür. Naxçıvandan keçəcək istənilən bir boru xəttinin nə İranın, nə də Ermənistanın nəzarəti altında olacağına şübhəmiz yoxdur”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Naxçıvanı Azərbaycana bağlamaq həm də Türkiyəni Azərbaycana bağlamaq deməkdir: “Belə ki, qaz Bakıdan Türkiyəyə, Türkiyədən İğdıra, oradan da Naxçıvana gedir. Yəni bu uzun bir yoldur və Türkiyə asan yolu təmin etməlidir. Bu həm də İrana qarşı Türkiyənin coğrafi uğuru olacaq”.

Süjetdə qeyd olunub ki, iki ölkə arasındakı diplomatik münasibətlər 1992-ci ildən başlayıb və həmin gündən davamlı inkişaf edir:

“Ulu Öndər Heydər Əliyevdən miras qalan “bir dövlət iki millət” ifadəsi Türkiyə-Azərbaycan qardaşlığının göstəricisidir. Türkiyə Azərbaycan müstəqilliyini tanıyan ilk ölkə olub. Ankara və Bakı arasındakı qardaşlıq bağı Azərbaycan və Türkiyə prezidentlərinin nümunəvi dostluq və iş birliyi ilə başqa səviyyəyə qalxdı”.

Vurğulanıb ki, Qarabağ zəfəri ilə Cənubi Qafqazda vəziyyət dəyişdi:

"Bundan sonra iki ölkə arasında imzalanan “Şuşa Bəyannaməsi” münasibətləri strateji müttəfiqlik səviyyəsinə çıxartdı. İspaniyada isə Ermənistan, Fransa, Almaniya, Avropa Birliyi liderlərinin qatılacağı iclasda Türkiyənin qatılmasına mane olunanda Azərbaycan öz mövqeyini ortaya qoydu. Türkiyə yoxdursa biz də yoxuq dedi. Qarabağ zəfəri sonrası Qərb qüvvələri bu dostluğu pozmağa çalışsalar da, bacarmadılar və bacarmayacaqlar”.

Orphus sistemi