Yuxarı
    Bağlamaq

    ​İtaliya səfiri: Azərbaycanla münasibətlər strateji xarakter daşıyır

    Bizi dərin və dostluq münasibətləri bağlayır

    Bakı. 7 may. REPORT.AZ/ "Azərbaycan-İtaliya Dostluq və Əməkdaşlıq Cəmiyyəti ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcək".

    "Report" xəbər verir ki, bu sözləri qurumun təsis edilməsi mərasimində Cəmiyyətin həmtəsisçisi Dündar Keşaplı bildirib.

    "Siz yəqin İtaliya ilə Azərbaycan və Türkiyə arasında sıx əməkdaşlığın olmasından xəbərdarsınız. Düşünürəm ki, bu Cəmiyyət bizim ölkələrimiz arasında qarşılıqlı münasibətlərin inkişafına öz töhfəsini verə biləcək", - deyə D.Keşpalı qeyd edib.

    Öz növbəsində İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulub.

    "Bizi dərin və dostluq münasibətləri bağlayır, bundan əlavə biz bu gün bir sıra əməkdaşlıq sahələrində strateji tərəfdaş sayılırıq", - deyə o bildirib və Cəmiyyətin fəaliyyətinin hər iki tərəfin xeyrinə səmərə verəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

    Milli Məclisin deputatı Adil Əliyev öz çıxışında bu gün respublikanın Avropa ölkələri ilə genişmiqyaslı münasibətlər qurması faktını diqqətə çatdırıb.

    "Azərbaycan bu gün çox dəyişib. Bu gün Azərbaycan bir sıra Avropa ölkələri ilə geniş, eləcə də iqtisadi əlaqələr qura bilib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi faktı özü Azərbaycanın bu gün bir çox Avropa ölkələrini geridə qoymasından xəbər verir", - deyə deputat qeyd edib.

    O ümid etdiyini bildirib ki, təsis edilən struktur Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında kömək olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi