İspaniya Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib

İspaniya Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib Xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboadanı qəbul edib
Xarici siyasət
11 Sentyabr , 2017 15:24
İspaniya Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib
Mfa.gov.az

Bakı. 11 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboadanı qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov İqnasiyo Sançez Taboadanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

İqnasiyo Sançez Taboada fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edilərək kənd-təssürrüfatı, turizm və humanitar sahədə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olunub.

Son xəbərlər

Orphus sistemi