Yuxarı

​İsmayıl Alper Coşkun: "Türkiyə-Rusiya münasibətlərinin bərpasında Azərbaycanın rolu böyük olub"

Səfir: Türkiyə rəsmiləri buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib

Bakı. 12 avqust. REPORT.AZ/ "Rusiya və Türkiyə arasında münasibətlərin bərpa olunmasında Azərbaycanın hərtərəfli rolu və iştirakı olub”

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
Səfir bildirib ki, Türkiyə rəsmiləri buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib: “Rusiya ilə münasibətlərimizin yaxşı olmadığı dövrlərdə Azərbaycanla yanaşı bir çox dost və qardaş ölkələr hər mənada köməkliyə hazır olduğuqlarını bəyan etdilər. Türkiyənin çətin günlərində Azərbaycan heç zaman köməyini əsirgəməyib. Eyni zamanda, qeyd etməliyəm ki, bu münasibətlərin nizamlanmasında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də iştirakı böyük olub”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi