İndoneziyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

İndoneziyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb Elmar Məmmədyarov Raden Prayono Atiyantonu qəbul edib
Xarici siyasət
15 Yanvar , 2016 19:34
İndoneziyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. 

XİN-dən "Report"a verilən məlumatına görə, görüşdə nazir Elmar Məmmədyarov Cakarta şəhərində törədilmiş silsilə terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya Respublikasının Prezidenti Joko Vidodoya, tərəfindən isə İndoneziya xarici işlər nazirinə başsağlığı məktublarının ünvanlandığını diqqətə çatdırıb. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınadığını deyib. 

Səfir başsağlığı məktublarına, terror aktları nəticəsində insan itkisi ilə əlaqədar İndoneziyanın kədərinə şərik çıxmasına və göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, bunun Azərbaycan və İndoneziyanın terrora qarşı birliyinin nümunəsi olduğunu qeyd edib.

Nazir Elmar Məmmədyarov İslam dünyasında həmrəyliyin vacibliyini xüsusilə qeyd edib.

Görüşdə Azərbaycan və İndoneziya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsinin və terrorizmə qarşı mübarizədə birgə səylərin zəruriliyi vurğulanıb.

Səfir Raden Prayono Atiyanto diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və İndoneziya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi