İƏT missiyası məntəqələrdə qanun pozuntusu qeydə almayıb

İƏT missiyası məntəqələrdə qanun pozuntusu qeydə almayıb “Azərbaycanda parlament seçkiləri zamanı məntəqələrdə heç bir qanun pozuntusu qeydə almadıq”.
Xarici siyasət
10 Fevral , 2020 12:22
İƏT missiyası məntəqələrdə qanun pozuntusu qeydə almayıb

“Azərbaycanda parlament seçkiləri zamanı məntəqələrdə heç bir qanun pozuntusu qeydə almadıq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə İslam Əməkdaşlıq Təşkilatından (İƏT) olan müşahidə missiyasının üzvü Əli Əsgər Məhəmmədi mətbuat konfransında deyib.

O bildirib ki, havanın soyuq olmasına baxmayaraq, insanlar müxtəlif namizədlərə səs verməyə gəliblər: “Azərbaycanda seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyini bəyan edirik”.

Müşahidəçi həmçinin Azərbaycanın İƏT-dəki vacib rolunu qeyd edib: “Azərbaycan bizim üçün qardaş, dost ölkədir. Səsimiz sizinlədir. İƏT həmişə Azərbaycanın haqlı işini dəstəkləyir”.

Son xəbərlər

Orphus sistemi