Hikmət Hacıyev: “İşğal dövründə Qarabağda bütün müsəlmanlar təhqir olunub”

Hikmət Hacıyev: “İşğal dövründə Qarabağda bütün müsəlmanlar təhqir olunub” “Qarabağda Azərbaycan və digər türk xalqlarına məxsus olan böyük mədəni irs var. İşğal dövründə Azərbaycan xalqına məxsus olan 67 məscid nəinki məhv edilib, Azərbayacan xalqına, bütün müsəlmanlara təhqir olaraq bu məsidlərdə donuz saxlanılıb”.
Xarici siyasət
113
22 Oktyabr , 2021 12:35
Hikmət Hacıyev: “İşğal dövründə Qarabağda bütün müsəlmanlar təhqir olunub”

“Qarabağda Azərbaycan və digər türk xalqlarına məxsus olan böyük mədəni irs var. İşğal dövründə Azərbaycan xalqına məxsus olan 67 məscid nəinki məhv edilib, Azərbayacan xalqına, bütün müsəlmanlara təhqir olaraq bu məsidlərdə donuz saxlanılıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Mediaforumunda çıxışı zamanı deyib.

“Azərbaycan xalqının əzmi odur ki, Qarabağı yenidən qursun, türk, İslam sivilizasiyasının mərkəzi məntəqələrindən biri kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarsın. Biz əminik ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaqlar. Bu məsələdə də biz birlikdə fəaliyyət göstərəcəyik”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi