Hikmət Hacıyev: “Humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın və rejiminin səmərəsiz strategiyasıdır”

Hikmət Hacıyev: “Humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın və rejiminin səmərəsiz strategiyasıdır” “Boz zona”da status-kvonu saxlamaq və humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın və onun rejiminin səmərəsiz strategiyasıdır”.
Xarici siyasət
13 Sentyabr , 2023 15:22
Hikmət Hacıyev: “Humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın və rejiminin səmərəsiz strategiyasıdır”
Hikmət Hacıyev

“Boz zona”da status-kvonu saxlamaq və humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın və onun rejiminin səmərəsiz strategiyasıdır”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

“Biz sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşınları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının sürətlə və eyni vaxtda açılmasını təmin etmək üçün BQXK ilə işi davam etdiririk”, - o vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, həmin vaxtdan 12 gün keçsə də, Ermənistanın tabeliyində olan qeyri-qanuni rejim yolları açmaqdan imtina edir: “Biz beynəlxalq tərəfdaşlarımızı səylərini ikiqat artırmağa, Ermənistana və onun qeyri-qanuni marionet rejiminə bu destruktiv siyasətə son qoymaq üçün təzyiq göstərməyə çağırırıq. “Boz zona”da status-kvonu saxlamaq və humanitar məsələləri qəsdən silaha çevirmək onların səmərəsiz strategiyasıdır”.

Son xəbərlər

Orphus sistemi