Heydər Əliyevin sürücüsü: “Onu istər Azərbaycanda, istərsə də Moskvada yaxın ünsiyyətdə olan hər kəs sevirdi”

Heydər Əliyevin sürücüsü: “Onu istər Azərbaycanda, istərsə də Moskvada yaxın ünsiyyətdə olan hər kəs sevirdi” “Heydər Əliyevi istər Azərbaycanda, istərsə də Moskvada onunla yaxın ünsiyyətdə olan hər kəs sevirdi”.
Xarici siyasət
22 Mart , 2023 13:03
Heydər Əliyevin sürücüsü: “Onu istər Azərbaycanda, istərsə də Moskvada yaxın ünsiyyətdə olan hər kəs sevirdi”

“Heydər Əliyevi istər Azərbaycanda, istərsə də Moskvada onunla yaxın ünsiyyətdə olan hər kəs sevirdi”.

Bunu “Report”un Rusiyanın bürosuna eksklüziv müsahibəsində SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin (DTK) 9-cu İdarəsinin əməkdaşı, Moskvada işlədiyi illərdə Heydər Əliyevin sürücüsü olmuş Vladimir Tupiçın bildirib.

“Yadımdadır, Azərbaycana məzuniyyət vaxtı gedən zaman ölkənin müxtəlif bölgələrini gəzirdik. O, insanlarla çox mehriban və dostcasına danışır, onların həyatı, problemləri ilə maraqlanırdı”, - o vurğulayıb.

V.Tupiçın əlavə edib ki, Heydər Əliyev ünsiyyətcil insan olub və insanları özünə cəlb edən böyük cazibə qüvvəsinə malik idi.

O, Ümummilli Liderin ailəsinə münasibəti ilə bağlı xatirələrini də bölüşüb:

“Heydər Əliyev çox qayğıkeş ailə başçısı idi. Ailə onun həyatında ən mühüm yer tuturdu”.

V.Tupiçın Heydər Əliyevin oğluna böyük diqqət yetirdiyini, onu atasının məsləhətlərinə əməl edən, onun işini davam etdirən layiqli davamçı kimi yetişdirdiyini bildirib.

“Elə ilk görüşümüzdə dərhal anlaşdıq, ikimiz arasında bir dənə də olsun anlaşılmazlıq halını xatırlamıram”, - deyən V.Tupiçın bu illər ərzində birgə işin mehriban şəkildə davam etdiyini vurğulayıb.

V.Tupiçın deyib ki, onun vəzifəsinə birlikdə işlədiyi yüksək vəzifəli şəxslərin təhlükəsizliyi məsələsi də daxil idi:

“9-cu İdarənin əməkdaşı olduğum üçün funksiyalarıma həm mühafizə, həm də insanların tam təhlükəsizliyini təmin etmək daxil idi. Səfərlərdən əvvəl bizim hərəkətimizin marşrutu həmişə yoxlanılırdı, Heydər Əliyev bizə tam etibar edirdi”.

O, belə münasibətin böyük məsuliyyət yaratdığını, eyni zamanda, iş prosesini asanlaşdırdığını əlavə edib.

Xatırladaq ki, Vladimir Tupiçın 1982-1990-cı illərdə Heydər Əliyevin sürücüsü olub.

Son xəbərlər

Orphus sistemi