Həsən Ruhani Moskvaya səfəri çərçivəsində Rusiya-İran-Azərbaycan sammitini müzakirə edəcək

Həsən Ruhani Moskvaya səfəri çərçivəsində Rusiya-İran-Azərbaycan sammitini müzakirə edəcək İlk üçtərəfli sammit 2016-cı il avqustun 8-də Bakıda keçirilib
Xarici siyasət
6 Fevral , 2017 20:01
Həsən Ruhani Moskvaya səfəri çərçivəsində Rusiya-İran-Azərbaycan sammitini müzakirə edəcək

Bakı. 6 fevral. REPORT.AZ/ Rusiya-İran-Azərbaycan arasında keçirilməsi gözlənilən üçtərəfli sammitin dəqiq tarixi İran İslam Respublikasının Prezidenti Həsən Ruhanin Moskvaya səfəri zamanı, yaxud mart ayında nəzərdə tutulmuş Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarda müzakirə edilə bilər.

"Report"un verdiyi xəbərə görə, bu barədə RİA "Novosti"yə müsahibəsində Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

Jurnalistin "Azərbaycan, İran və Rusiya rəhbərlərinin üştərəfli görüşü nə zaman baş tutacaq?" sualına cavabında L.Caqaryan deyib: "Bu məsələ bu il martın ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyevin İrana nəzərdə tutulmuş səfəri çərçivəsində, yaxud Həsən Ruhaninin Moskvaya martın sonunda gözlənilən səfəri zamanı müzakirə edilə bilər".

Qeyd edək ki, ilk üçtərəfli sammit 2016-cı il avqustun 8-də Bakıda keçirilib. 

Son xəbərlər

Orphus sistemi