Həmməruzəçi: "Avropa Şurasının üzləşdiyi maliyyə böhranına görə Azərbaycana səfərimiz təxirə salına bilər"

Həmməruzəçi: "Avropa Şurasının üzləşdiyi maliyyə böhranına görə Azərbaycana səfərimiz təxirə salına bilər" Sezar Florin Preda: "Monitorinq Komitəsinin üzvlərinin səfərlərinin sayının azaldılmasını nəzərdə tutan yeni qaydalar tətbiq ediləcək"
Xarici siyasət
26 Yanvar , 2018 09:42
Həmməruzəçi: Avropa Şurasının üzləşdiyi maliyyə böhranına görə Azərbaycana səfərimiz təxirə salına bilər
AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda / Report

Strasburq. 26 yanvar. REPORT.AZ/ "Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçilərinin bu ilin fevral ayında Azərbaycana nəzərdə tutulan səfəri baş tutmaya bilər".

Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda bildirib.

Onun sözlərinə görə, Bakıya planlaşdırdıqları səfərin təxirə salınması ehtimalı böyükdür. Həmmərizəçi deyib ki, bunun da səbəbi hazırda Avropa Şurasının üzləşdiyi maliyyə böhranı ilə bağlıdır. 

Həmməruzəçi qeyd edib ki, bu maliyyə böhranının səbəbi təkcə Rusiyanın üzvlük haqqını ödəməkdən imtina etməsi və Türkiyənin Avropa Şurasına ödədiyi maliyyə vəsaitinin miqdarının azaltması deyil. Onun sözlərinə görə, artıq bir neçə ildir Avropa Şurası özünün maliyyə məsələlərini səmərəli formada qura bilmir: "Bu səbəbdən də Monitorinq Komitəsinin üzvlərinin monitorinq məqsədi İlə həyata keçirdikləri səfərlərinin sayının azaldılmasını nəzərdən tutan yeni qaydalar tətbiq ediləcək".

S.F.Preda bildirib ki, yaranmış maliyyə çətinliyinə baxmayaraq, AŞPA məruzəçilərinin Azərbaycana növbəti səfəri bu ilin oktyabr ayına qədər baş tutacaq.

Qeyd edək ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şenakın bu ilin fevral ayında Azərbaycana səfəri gözlənilir. 

Son xəbərlər

Orphus sistemi