Hakan Fidan: “Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh üçün sərf etməyin vaxtıdır"
Xarici siyasət
- 10 oktyabr, 2023
- 12:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh, sabitlik və təhlükəsizlik üçün istifadə etməyin vaxtıdır”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.
O, Şuşada olmaqdan məmnunluğunu ifadə edib: “Toplantının qədim Şuşada təşkil edilməsi xoşbəxtlik və qürur mənbəyidir. Azərbaycanlı qardaşlarımızı 30 illik işğala son verdiyi və tarixi ədalətsizliyi aradan qaldırdığı üçün alqışlayırıq”.
Nazir həmçinin Cənubi Qafqazda yeni dinamikanın formalaşmasının və Zəngəzur dəhlizinin açılmasının İƏT-in bütün üzvlərinin xeyrinə olduğunu bildirib.
Son xəbərlər
10:40
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur
10:36
"Apple" Azərbaycanın mobil cihaz bazarındakı payının 17 %-ni itirib
İKT
10:33
Şeyxülislam: Qazılıqların fəaliyyətini məcburi dayandırması deportasiyaların acı nəticəsi idi
Mədəniyyət siyasəti
10:33
Oğuzda 61 yaşlı kişinin meşədə yanmış meyiti tapılıb
Hadisə
10:33
Adil Kərimli Masallıda vətəndaşları qəbul edəcək
Mədəniyyət siyasəti
10:29
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürüb
Hadisə
10:28
DSMF 10 ayda sosial şəbəkələrdə 15 mindən çox vətəndaş müraciətini cavablandırıb
Maliyyə
10:22
QMİ sədri: İrəvan qazılığının bərpası ilə bağlı tarixi faktlara əsaslanan mənəvi hüquqlarımızı bəyan edirik
Din
10:16
Bolqarıstan MSK: Səslərin 99,68 %-i sayıldıqdan sonra Yotova prezident seçkilərində qalib gəlir
Digər ölkələr