Gürcüstanın Ədliyyə Nazirliyi: Azərbaycanın Açıq hökumətə üzvlüyü vacibdir

Gürcüstanın Ədliyyə Nazirliyi: Azərbaycanın Açıq hökumətə üzvlüyü vacibdir Azərbaycan təşkilatdan 2016-cı ilin mayında çıxıb
Xarici siyasət
10 Fevral , 2017 21:59
Gürcüstanın Ədliyyə Nazirliyi: Azərbaycanın Açıq hökumətə üzvlüyü vacibdir

Bakı. 10 fevral. REPORT.AZ/ Gürcüstanın ədliyyə naziri Teya Sulukiani Azərbaycana səfərə yola düşüb və Bakının Açıq hökumət beynəlxalq təşkilatına (OCP) qayıtması ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin saytına yerləşdirilən məlumatda bildirilir.

Azərbaycan təşkilatdan 2016-cı ilin mayında Keyptaunda keçirilən qlobal sammit zamanı çıxıb.

"Gürcüstan üçün bu il OGP-nin sədri vəzifələrinin icraçısı kimi strateji tərəfdaşı və qonşusu olan Azərbaycanın Açıq hökumətin tamhüquqlu üzvlüyünə qayıtması son dərəcə vacibdir", - deyə məlumatda bildirilir.

Teya Sulukiani Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və həmkarı Fikrət Məmmədovla görüşməyi planlaşdırır. O, həmçinin Milli Məclisi ziyarət etmək niyyətindədir.