Tbilisi. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyi ümummilli lider
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov,
Anım tədbirinə qatılan “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, ziyalılar və ictimaiyyət nümayəndələri də ümumilli liderin xatirəsini ehtiramla anaraq büstünün önünə gül dəstələri düzüblər.
Mərasim daha sonra Rustavi şəhərində davam etdirilib. Şəhərin Heydər Əliyevin adını daşıyan park ziyarət olunub, Azərbaycanın ümumilli liderinin heykəli önünə əklil və gül dəstələri qoyulub.
Tədbirdə Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili, qubernator müavini Zaur Darğallı, Rustavi şəhər meriyasının rəhbər şəxsləri də iştirak ediblər.