GUAM ölkələrinin səfirləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad ediblər

Xarici siyasət
  • 10 may, 2019
  • 09:31
GUAM ölkələrinin səfirləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad ediblər

GUAM ölkələrinin (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) səfirləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad ediblər.

"Report" xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ukrayna, Gürcüstan və Moldovanın Azərbaycandakı səfirləri Vladislav Kanevski, Zurab Pataradze və George Leuka Fəxri Xiyabanda ümummilli liderin məzarı üzərinə güllər düzüblər.

Səfirlər həmçinin ulu öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib, gül dəstələri qoyublar.