Fuad Hüseynəliyev: “Separatçılar Qarabağ ermənilərini regionu tərk etməyə məcbur etdilər”

Fuad Hüseynəliyev: “Separatçılar Qarabağ ermənilərini regionu tərk etməyə məcbur etdilər” Azərbaycan Qarabağ ermənilərinə ölkənin qalan əhalisində olan hüquqları verməyə hazırdır. Ötən il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra onların bir çoxu həyatları və təhlükəsizlikləri üçün bilavasitə təhlükə olmamasına baxma
Xarici siyasət
27 Yanvar , 2024 17:25
Fuad Hüseynəliyev: “Separatçılar Qarabağ ermənilərini regionu tərk etməyə məcbur etdilər”

Azərbaycan Qarabağ ermənilərinə ölkə əhalisində olan hüquqları verməyə hazırdır. Ötən il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra onların bir çoxu həyatları və təhlükəsizlikləri üçün bilavasitə təhlükə olmamasına baxmayaraq, separatçı rejim nümayəndələrinin təhdid və hədə-qorxularının təzyiqi altında regionu tərk etmək qərarına gəliblər.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Ukraynanın “Daily Europe Online” platformasının efirində deyib.

Onun sözlərinə görə, separatçılar Qarabağ ermənilərini Azərbaycanda yaşaya bilməyəcəkləri, qisas və məhv olmaq təhlükəsi ilə qorxutdular: “Əslində, belə bir şey olmayıb”.

F.Hüseynəliyev qeyd edib ki, separatçı liderlərin çoxsaylı çağırış və təhdidlərinə baxmayaraq, bir çox erməni hələ də Qarabağı tərk etməyib:

“Xankəndidən Ermənistana gedən yolda uzun tıxac yarandığından Azərbaycan sərhədçiləri və polisi erməniləri su və yeməklə təmin edirdilər. Bununla bağlı çox sayda videokadr var. Bu yol vasitəsilə qısa müddət ərzində bu qədər insan tez bir zamanda gedə bilməzdi. Hər kəsin sərbəst keçidinə şərait yaradılmışdı. Yalnız separatçıların bir neçə başçısı saxlanılıb”.

O vurğulayıb ki, Azərbaycan Qarabağ münaqişəsinin davam etdiyi dövr ərzində bir çox beynəlxalq platformalarda təzyiqlərlə üzləşmişdi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ilə bağlı son qətnaməsi ikiüzlülüyün ən yüksək zirvəsi idi:

“Qətnamədə hətta digər məsələlərlə yanaşı, insan hüquqlarının vəziyyəti ilə bağlı bir neçə məqama da toxunulub. İddia olunub ki, guya Azərbaycan öz ərazisində - Qarabağ regionunda yaşayan erməniləri zorla çıxarıb. Əlbəttə ki, belə bir şey olmayıb. Azərbaycan 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri zamanı öz ərazisi üzərində tam suverenliyini təmin edib”.

“Report” İnformasiya Agentliyinin direktoru söyləyib ki, əvvəllər heç bir üçüncü tərəf artıq başa çatmış münaqişənin həlli üçün Azərbaycan və erməni icmalarının yaxınlaşmasını, Cənubi Qafqazda sabitlik və rifahın bərqərar olması üçün onlar arasında danışıqların keçirilməsini təmin edə bilməyib.

Son xəbərlər

Orphus sistemi