“Ümummilli Lider Heydər Əliyev islahatçı və ədalətli insan idi”.
“Report” xəbər verir ki, bunu politoloq Fuad Axundov Moskvada “Heydər Əliyev: SSRİ və Rusiyanın inkişafında onun rolu” mövzusunda keçirilən dəyirmi masada deyib.
Politoloqun sözlərinə görə, Heydər Əliyev yeganə şəxs idi ki, digər nazirliklər və nazirlər onun kurasiyasında işləmək istəyirdi: “Adətən kuratorlar çox da mehriban insan olmurlar, amma nazirlər başa düşürdülər ki, Əliyev onların problemlərini həll edəcək”.
Politoloq Baykal-Amur Magistralının çəkilişində Heydər Əliyevin mühüm rol oynadığını da qeyd edib. Onun sözlərinə görə, magistralın layihəsində xəta baş verəndə bir çox mühəndislər bu barədə Moskvaya hesabat verməkdən qorxurdular və yeganə çıxış yolunu bu barədə Heydər Əliyevə məlumat verməkdə görürdülər.
"Heydər Əliyev sonda bu məsələni həll etdi, marşrut dəyişdirildi və Baykal-Amur Magistralının faydalı iş əmsalı artırıldı. Əgər layihənin tikintisi əvvəlki qaydada davam etdirilsəydi, dəyəri milyardlarla ölçülən itkilər baş verə bilərdi", - Axundov əlavə edib.