Fransalı vəkil: "Xalqımız Azərbaycanla bağlı həqiqətlərdən xəbərsizdir"
- 16 noyabr, 2022
- 13:06
Yeniliklərdən dərhal xəbərdar olun!
"Fransızlar həqiqətlərdən xəbərsizdirlər, ona görə də Azərbaycanı daha yaxından tanımalıdırlar".
Bunu "Report"un Fransa bürosuna açıqlamasında fransalı vəkil Mari Helen Şodonnere (Marie Hélène Chaudonneret) deyib.
O, Fransada Azərbaycana qarşı qeyri-obyektiv münasibətin səbəbini erməni diasporunun güclü fəaliyyəti ilə əlaqələndirib: "Ölkəmizdə erməni diasporu çox böyük və olduqca güclüdür. Fransızlarla ermənilər arasında tarixən sıx münasibətlər olub. Ona görə də Fransada yaşayan ermənilər çoxluq təşkil edirlər. Onlar, demək olar ki, hər həftə tədbirlər keçirir və bizi oraya dəvət edirlər. Erməni diasporu müntəzəm surətdə yalanlar yayır, guya ermənilərin qətlə yetirildiyi və kəndlərinin dağıdıldığı barədə məlumatları tirajlayır. Fransanın erməniləri müdafiə etməsinə öyrəşmişik".
M.Şodonnere Azərbaycana qarşı qeyri-obyektiv münasibətin daha bir səbəbini fransızların Azərbaycanı yaxşı tanımamasında görür: "Fransadakı Azərbaycan diasporu çox yenidir. Uzun illər Fransada Azərbaycan deyəndə Sovet İttifaqı yada düşüb. Fransada Azərbaycan çox az tanınır. Əlbəttə, tanınmış və məşhurlarınız var, onlara isə sadəcə ekrandan baxılır. Amma aramızda azərbaycanlı çox azdır. Fransızlara Azərbaycanı daha yaxından tanıtdırmaq vacibdir. Onlar yalnız bunun nəticəsi olaraq münasib qərarlar verəcəklər".