Fərid Şəfiyev: “Ermənistanla sülh sazişi üç əsas prinsip üzərində qurulacaq"

Fərid Şəfiyev: “Ermənistanla sülh sazişi üç əsas prinsip üzərində qurulacaq" “Azərbaycan Ermənistanla sülh sazişinin hazırlanması üzərində fəal işləyir”.
Xarici siyasət
3 Noyabr , 2023 11:40
Fərid Şəfiyev: “Ermənistanla sülh sazişi üç əsas prinsip üzərində qurulacaq

"Ermənistanla sülh sazişi üç əsas prinsip üzərində qurulacaq: ərazi bütövlüyünün təmin edilməsi, nəqliyyat əlaqələrinin açılması və sərhədlərin delimitasiyası".

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev “Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” mövzusunda keçirilən simpoziumda deyib.

“Azərbaycan Ermənistanla sülh sazişinin hazırlanması üzərində fəal işləyir. 2020-ci ildə İkinci Qarabağ Müharibəsindəki qələbədən sonra Azərbaycan sülh sazişi üzərində işə başlamağa hazır olduğunu bildirsə də, qarşı tərəf - Ermənistan bu işə yardım göstərməyə çalışmayıb”, - o vurğulayıb.

F.Şəfiyev əlavə edib ki, amma 2023-cü ilin sentyabrından sonra Ermənistan hökuməti bu məsələ ilə bağlı fikirlərini bir qədər dəyişib və sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib: “Amma bu o demək deyil ki, bütün məsələlər öz həllini tapacaq. İndi bir çox beynəlxalq aktorlar Qarabağ ermənilərinin azad edilmiş torpaqlarına qayıtması məsələsini beynəlxalq gündəmə gətirməyə çalışırlar. Lakin heç kəs Ermənistandan didərgin düşmüş azərbaycanlıların geri qayıtmasından danışmır”.

Son xəbərlər

Orphus sistemi