Fərid Şəfiyev: Avropa İttifaqı işğalçının tərəfini tutur

Fərid Şəfiyev: Avropa İttifaqı işğalçının tərəfini tutur Avropa İttifaqı (Aİ) rəsmilərinin son açıqlamaları və onun təsisatlarının hərəkətləri Aİ-nin işğalçının tərəfini tutduğunu göstərir.
Xarici siyasət
26 Mart , 2024 13:43
Fərid Şəfiyev: Avropa İttifaqı işğalçının tərəfini tutur
Fərid Şəfiyev

Avropa İttifaqı (Aİ) rəsmilərinin son açıqlamaları və onun təsisatlarının hərəkətləri qurumun işğalçının tərəfini tutduğunu göstərir.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “X” hesabında yazıb.

Brüsselin Ermənistanın müdafiəsinə qalxdığına diqqət çəkən F.Şəfiyev vurğulayıb ki, 30 illik işğal dövründə Aİ heç vaxt Azərbaycan ərazilərinin azad edilməsinə belə dəstək verməyib.

“Avropa İttifaqı müəyyən dəyərləri müdafiə etmək üçün ağlabatan arqumentlərə malik olmasına baxmayaraq, Qlobal Cənubun Avropanın birgə fəaliyyət çağırışlarına biganə qalması təəccüblü olmamalıdır. Siz ikili standartlar nümayiş etdirə, mənəvi və ya hüquqi üstünlük tələb edə bilərsiniz”, - o yazıb.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycanın mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb.

Son xəbərlər

Orphus sistemi