Moratinos: Əminəm ki, Azərbaycan Şuşada bütün abidələri qoruyub saxlayacaq

Moratinos: Əminəm ki, Azərbaycan Şuşada bütün abidələri qoruyub saxlayacaq Azərbaycan ərazilərini işğaldan azad edib, insanlar öz evlərinə geri qayıdır. Bura artıq Azərbaycanın suveren ərazisidir və "bura mənim ərazimdir" deyir.
Xarici siyasət
1 May , 2024 17:42
Moratinos: Əminəm ki, Azərbaycan Şuşada bütün abidələri qoruyub saxlayacaq

Azərbaycan ərazilərini işğaldan azad edib, insanlar öz evlərinə geri qayıdır. Bura artıq Azərbaycanın suveren ərazisidir və "bura mənim ərazimdir" deyir.

Bunu “Report”a müsahibəsində BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos deyib.

O qeyd edib ki, nəticədə artıq baş verməli olan proses müşahidə olunur:

“Sabah mən Şuşaya səfər edəcəyəm və o, Azərbaycanın bir hissəsidir. Mən Prezident İlham Əliyevlə danışarkən də dedim ki, oradakı bütün abidələr, dini məkanlar qorunub saxlanmalıdır, onlara hörmət etməliyik. Bu insanlığın bir hissəsidir. Mən tam əminəm ki, bu belə də olacaq”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi