Yuxarı
    Bağlamaq

    Estoniya XİN başçısı Azərbaycana səfər edəcək

    Səfər zamanı ikitərəfli münasibətlər, Şərq tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq müzakirə olunacaq

    Bakı. 7 aprel. REPORT.AZ/ Estoniyanın xarici işlər naziri Sven Mikser iyunun 12-də Azərbaycana səfər edəcək.

    Bu barədə "Report"a Estoniyanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İndrek Kiverik məlumat verib.

    Onun sözlərinə görə, səfər zamanı nazir Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Görüşlər zamanı ikitərəfli münasibətlər, eləcə də "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

    Qeyd edək ki, Estoniya bu ilin ikinci yarısında Avropa İttifaqına sədrlik edəcək və Brüsseldə "Şərq Tərəfdaşlığı" sammiti təşkil edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi