Ağ Evin rəsmi saytında ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiya açılıb.
“Report” xəbər verir ki, petisiyada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyi, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunması qeyd edilib.
Vurğulanır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmir. Bununla yanaşı, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Xızıda, Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalini raket hücumuna məruz qoyur. Sentyabrın 27-dən etibarən Ermənistanın mülki insanları hədəfə alması nəticəsində 41 nəfər ölüb və 205 nəfər yaralanıb. Petisiyada Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqosunun tətbiqinə çağırılır.
Petisiyanı dəstəkləmək üçün