Ermənistan TŞ-nın katibi: "Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıyıq”

Xarici siyasət
  • 12 iyul, 2023
  • 10:03
Ermənistan TŞ-nın katibi: Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıyıq”

“Biz Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıyıq”.

“Report” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq radiosu”nun erməni xidmətinə müsahibəsində deyib.

O bildirib ki, Ermənistanın müstəqilliyi və suverenliyi üçün regional sabitlik və sülh şərtdir: “Beləliklə, ölkəmizdəki demokratiya da qorunacaq”.

A.Qriqoryan Vaşinqtonun Ermənistan-Azərbaycan danışıqlarındakı rolunu yüksək qiymətləndirib: “Bütün danışıqlar formatı bir-birini tamamlayır. ABŞ-ın regionda olması sabitliyin təmin olunmasına töhfə verir və İrəvan Vaşinqtonun danışıqların irəliləyişində səylərini yüksək qiymətləndirir”.

TŞ katibinin sözlərinə görə, hələ də həllini tapmamış bəzi problemlər var: “Amma biz sülh səylərində səmimiyik”.

O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını növbəti dəfə təsdiqləyib: “İstədiyimiz yeganə məsələ ermənilərin təhlükəsizliyi və hüquqları məsələsidir”.