Erkin Tukumov: Bakı və Astana son illərdə əməkdaşlığın dərinləşməsinin xüsusi səviyyəsini nümayiş etdirir

Erkin Tukumov: Bakı və Astana son illərdə əməkdaşlığın dərinləşməsinin xüsusi səviyyəsini nümayiş etdirir Qazaxıstan və Azərbaycan həmişə mehriban qonşuluq münasibətlərində olub, iki ölkə son illər isə əməkdaşlığın dərinləşməsinin xüsusi səviyyəsini nümayiş etdirir.
Xarici siyasət
23 aprel 2025 11:12
Erkin Tukumov: Bakı və Astana son illərdə əməkdaşlığın dərinləşməsinin xüsusi səviyyəsini nümayiş etdirir

Qazaxıstan və Azərbaycan həmişə mehriban qonşuluq münasibətlərində olub, iki ölkə son illərdə əməkdaşlığın dərinləşməsinin xüsusi səviyyəsini nümayiş etdirir.

“Report”un məlumatına görə, bunu Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Erkin Tukumov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası çərçivəsində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin əsasında etimad dayanır. E.Tukumov iqtisadi sahədə əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib:

"Ölkələr arasında ticarət dövriyyəsi artmaqda davam edir. Əməkdaşlığın üfüqlərini genişləndirmək üçün böyük potensialımız var".

O vurğulayıb ki, son bir il ərzində Transxəzər nəqliyyat marşrutu ilə daşımaların həcmi 62 % artaraq ildə 4,5 milyon tona çatı:

"Ölkələr infrastrukturun möhkəmləndirilməsinə diqqət yetirməlidir. Qazaxıstan artıq dəmir yollarının, limanların və turizm hablarının modernləşdirilməsinə 35 milyard dollardan çox investisiya yatırıb".

Son xəbərlər

Orphus sistemi