Ərdoğan: "Şuşada Azərbaycanla Türkiyə arasında əhatəli müqavilə imzalanacaq"

Ərdoğan: "Şuşada Azərbaycanla Türkiyə arasında əhatəli müqavilə imzalanacaq" "İlham Əliyev qardaşımla Şuşada görüşərək iki ölkə arasında müqavilə imzalayacağıq".
Xarici siyasət
11 İyun , 2021 15:40
Ərdoğan: Şuşada Azərbaycanla Türkiyə arasında əhatəli müqavilə imzalanacaq
Rəcəb Tayyib Ərdoğan

"İlham Əliyev qardaşımla Şuşada görüşərək iki ölkə arasında əhatəli müqavilə imzalayacağıq".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“NATO sammitində üzv ölkələr gördükləri və görəcəkləri işləri müzakirə edəcəklər. Türkiyə NATO-da ilk 5-likdə yer alan bir ölkədir. Türkiyə ilə ABŞ arasındakı əlaqələri Cozef Baydenlə müzakirə etmək imkanımız olacaq. Bu görüşlərdən sonra Azərbaycana gedəcəyik. Səfər çərçivəsində Fizuliyə gedəcəyik. Daha sonra İlham Əliyev qardaşımla Şuşada görüşübmüavilə imzalayacağıq. Bu, Türkiyə-Azərbaycan arasında əhatəli müqavilə olacaq. Azərbaycandan sonra da Antalyada Cənub Şərqi Avropa ölkələri liderlərinin zirvə toplantısına qatılacağıq”, - o deyib.

Son xəbərlər

Orphus sistemi