Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"

Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir" "Biz öz işimizi görməliyik"
Xarici siyasət
14 Aprel , 2021 20:11
Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: İşlətdiyi ifadə tərbiyəsizlikdir
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Mario Draqiyə cavab verib.

"Report" xəbər verir ki, dövlət başçısı gənclərin "İtaliyanın baş naziri sizə diktator deyib, bu formada ifadələr işlədiləndə nələr hiss edirsiniz" sualını belə cavablandırıb.

"İtaliya baş nazirinin verdiyi açıqlama tamamilə həddini aşmaq və tərbiyəsizlikdir. Türkiyə-İtaliya münasibətlərinin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid bəslədiyimiz bir dönəmdə Draqi adlandırılan şəxs bu formada açıqlama verməklə, təəssüf ki, aramızdakı münasibətləri baltalayıb. Rəcəb Tayyib Ərdoğan haqqında bir dəfə belə ifadə işlətmək üçün hər şeydən əvvəl sənin tarixindən xəbərin olmalıdır. Amma gördük ki, xəbəri yoxdur. Biz millətimizin bizə verdiyi güclə xalqımıza xidmət etməyə davam edəcəyik. Ona görə də İtaliya baş nazirinin belə ifadələr işlədib-işlətməməsinə fikir verməyin. Biz öz işimizi görməliyik", - Ərdoğan bildirib.

Son xəbərlər

Orphus sistemi