Əliyev, Ərdoğan və Paşinyan Praqada birgə müzakirə aparıblar

Əliyev, Ərdoğan və Paşinyan Praqada birgə müzakirə aparıblar Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirələr aparı
Xarici siyasət
6 Oktyabr , 2022 16:12
Əliyev, Ərdoğan və Paşinyan Praqada birgə müzakirə aparıblar

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirə aparıblar.

“Report”un xəbərinə görə, liderlərin müzakirəsinə Fransa Prezidenti Emmanuel Makron və Macarıstanın Baş naziri Viktor Orban da qoşulub.

Habelə, Ərdoğan və Paşinyan ayrıca söhbət ediblər.

Qeyd edək ki, bu gün sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında ikitərəfli görüş keçirilib. Ş.Mişelin iştirakı ilə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü nəzərdə tutulub. Bundan başqa, Ərdoğanla Paşinyanın ikitərəfli görüşü də planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi