Elnur Məmmədov: Münaqişədən sonrakı dövrdə normallaşma prosesinə Ermənistanın təxribatçı addımları mane olub

Elnur Məmmədov: Münaqişədən sonrakı dövrdə normallaşma prosesinə Ermənistanın təxribatçı addımları mane olub Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesinə Ermənistanın təxribatçı addımları mane olub.
Xarici siyasət
30 Avqust , 2024 16:05
Elnur Məmmədov: Münaqişədən sonrakı dövrdə normallaşma prosesinə Ermənistanın təxribatçı addımları mane olub
Elnur Məmmədov

Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesinə Ermənistanın təxribatçı addımları mane olub.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Kamerun paytaxtı Yaunde şəhərində кеçirilən 50-ci sessiyasında deyib.

O bildirib ki, Azərbaycan regionda davamlı sabitliyi təmin edəcək, tamhüquqlu regional normallaşma və əməkdaşlığa yol açacaq sülh və dövlətlərarası münasibətlərin bərqərar olması üçün fəal şəkildə çalışır:

"2020-ci ildə silahlı münaqişənin başa çatması hər iki ölkə üçün onilliklər boyu davam edən düşmənçiliyin nəticələrini aradan qaldırmaq və mehriban qonşuluq münasibətləri qurmaq üçün unikal imkan yaradıb".

Nazir müavini Azərbaycanın təşəbbüs göstərdiyi və Ermənistana təklif etdiyi normallaşma prosesinə tam sadiqliyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi