Elnur Məmmədov: "Ermənistanın Azərbaycana qarşı sərt qərarlar qəbul etdirmək cəhdləri uğursuzluqla nəticələndi"

Elnur Məmmədov: "Ermənistanın Azərbaycana qarşı sərt qərarlar qəbul etdirmək cəhdləri uğursuzluqla nəticələndi" “Azərbaycan Vətən müharibəsindən sonra işğala son qoyduğunu və münaqişənin bitdiyini nəzərə alaraq Ermənistana qarşılıqlı surətdə ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişinin imzalanmasını, delimitasiya və demarkasiya işlərinin ikitərəfli formatda keç
Xarici siyasət
8 Dekabr , 2021 11:47
Elnur Məmmədov: Ermənistanın Azərbaycana qarşı sərt qərarlar qəbul etdirmək cəhdləri uğursuzluqla nəticələndi
Elnur Məmmədov

“Azərbaycan Vətən müharibəsindən sonra işğala son qoyduğunu və münaqişənin bitdiyini nəzərə alaraq Ermənistana qarşılıqlı surətdə ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişinin imzalanmasını, delimitasiya və demarkasiya işlərinin ikitərəfli formatda keçirilməsini təklif etmişdi”.

“Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“26 noyabr tarixli Soçi bəyanatında ikitərəfli komissiyanın yaradılması istiqamətində işlərin aparılması da nəzərdə tutulub. Bu çağırış da Azərbaycanın siyasi gündəliyi ilə üst-üstə düşür. Beləliklə, Ermənistan Azərbaycana qarşı bu mərhələdə Beynəlxalq Ədalət Məhkəməsində sərt qərarlar qəbul etdirməklə siyasi xal qazanmaq cəhdləri uğursuzluqla nəticələndi. Artıq bu prosesi daha uzun bir mərhələdə izləyəcəyik”, - o deyib.

Son xəbərlər

Orphus sistemi