Yuxarı

Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib

XİN başçısı Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbul şəhərində törədilən terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib. 

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib və terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib.

E.Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi