Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov: "Ötən 25 ildə səmərəli əməkdaşlıq Azərbaycan ilə Sudan arasında münasibətlərin inkişafına təkan verib"

    Nazir iki ölkə arasında BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdiriləcəyinə əminliyin ifadə edib© Report

    Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Sudan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu ölkənin xarici işlər naziri İbrahim Qandura təbrik məktubu ünvanlayıb.

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 ildə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini bildirib.

    Nazir həmçinin BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyin ifadə edib. Beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Sudanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

    Elmar Məmmədyarov iki ölkə arasında mövcud dostluq münasibətlərinə söykənərək, birgə səylərlə ikitərəfli əməkdaşlığın Azərbaycan və Sudanın çiçəklənməsi və hər iki xalqın rifahı naminə daha da inkişaf etdirilməsinə nail olunacağına əminliyin ifadə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi