Elmar Məmmədyarov Nyu-Yorkda üç ölkənin XİN başçısı ilə görüşüb

Elmar Məmmədyarov Nyu-Yorkda üç ölkənin XİN başçısı ilə görüşüb Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Livanın xarici işlər naziri Gebran Basil, Toqonun xarici işlər naziri, əməkdaşlıq və Afrika inteqrasiyası naziri Robert Dussey və Qrenadanın xarici işlər naziri Piter Devid ilə görüşüb.
Xarici siyasət
28 Sentyabr , 2018 11:04
Elmar Məmmədyarov Nyu-Yorkda üç ölkənin XİN başçısı ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Livanın xarici işlər naziri Gebran Basil, Toqonun xarici işlər naziri, əməkdaşlıq və Afrika inteqrasiyası naziri Robert Dussey və Qrenadanın xarici işlər naziri Piter Devid ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirlər ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

XİN başçıları bu xüsusda tərəflər iqtisadi, ticarət və humanitar əlaqələrin dərinləşdirilməsi yollarını müzakirə ediblər.

Görüşlər zamanı həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və BMT Baş Assambleyasının gündəliyində olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi