Elmar Məmmədyarov Kosta Rikaya gedib

Elmar Məmmədyarov Kosta Rikaya gedib Nazirin Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub
Xarici siyasət
1 İyun , 2017 15:49
Elmar Məmmədyarov Kosta Rikaya gedib
Report

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfərə yola düşüb.

"Report" XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirin səfər çərçivəsində Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslərlə görüşü, Azərbaycan Respublikası Hökuməti və Kosta Rika Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, M.Qonsales ötən il oktyabrın 19-20-də Azərbaycanda səfərdə olub.

Son xəbərlər

Orphus sistemi