​Elmar Məmmədyarov Dövlətlərarası Aviasiya Komitəsinin sədri ilə görüşüb

​Elmar Məmmədyarov Dövlətlərarası Aviasiya Komitəsinin sədri ilə görüşüb Görüşdə Dövlətlərarası Aviasiya Komitəsi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
23 İyul , 2015 18:17
​Elmar Məmmədyarov Dövlətlərarası Aviasiya Komitəsinin sədri ilə görüşüb

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

E.Məmmədyarov Azərbaycan hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura arasında bağlanmış sazişin dekabrın 30-da Milli Məclis tərəfindən ratifikasiyası edildiyini və Şuranın Bakıda fəaliyyətə başladığını qeyd edib.

T.Anodina Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakı şəhərində peşəkar fəaliyyəti üçün yaradılmış fəaliyyətə görə təşəkkürünü ifadə edib. O, eləcə də Azərbaycanın hava nəqliyyat infrastrukturunun inkişafı və dövlət tərəfindən bu sahəyə göstərilən qayğını vurğulayıb.

Görüşdə Dövlətlərarası Aviasiya Komitəsi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi