Yuxarı
    Bağlamaq

    Azərbaycanın xarici işlər naziri Gürcüstana səfər edəcək

    Səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunacaq

    Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana səfər edəcək.

    "Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, Azərbaycan XİN başçısı Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, parlament sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.

    Səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

    Eyni zamanda, E.Məmmədyarov Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsini yad edəcək və ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi